SON DƏQİQƏ
» » Tələbə Texnologiya Texnikumunu PARTLATDI: 19 ölü, 37 yaralı (Yenilənib)

Tələbə Texnologiya Texnikumunu PARTLATDI: 19 ölü, 37 yaralı (Yenilənib)

Tarix:

17-10-2018, 22:27

/ 10 379 dəfə oxundu.
Tələbə Texnologiya Texnikumunu PARTLATDI: 19 ölü, 37 yaralı (Yenilənib)

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Terror aktını təhsil müəssisəsinin 22 yaşlı tələbə təşkil edib. Bu barədə Krımın baş naziri Sergey Aksyonov bildirib. O, partlayışdan sonra intihar edib.

Vladislav Roslyakov adlı tələbə dördüncü kursda oxuyurdu.

“İstintaq orqanları işləyir, qatilin bədəni ikinci mərtəbədə kitabxanada aşkar edilib”, - Aksyonov deyib.
Daha əvvəl RBK agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə danışıb ki, tələbələrin ifadələrinə əsasən, tələbələrdən biri çantanı yemək otağında qoyaraq oranı tərk edib.

“Tələbələr danışdılar ki, onun partlayıcı maddələrlə təcrübələr keçdiyini haqqında eşidirdilər”, - nəşrin həmsöhbəti dedi.

Aksyonov terror aktı nəticəsində 18 nəfərin həlak olduğunu deyib.

скачать dle 12.1

Şərhlər