SON DƏQİQƏ
» » Maştağada və Suraxanıda heyvan oğruları saxlanılıb

Maştağada və Suraxanıda heyvan oğruları saxlanılıb

Tarix:

15-10-2018, 20:47

/ 10 324 dəfə oxundu.
Maştağada və Suraxanıda heyvan oğruları saxlanılıb

Oktyabrın 10-dan 13-dək olan müddətdə Maştağa qəsəbəsindəki fermaların birindən 7 baş inəyin oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Adəm Ağayev saxlanılıb.

DİN-dən GunAz.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 həyətyanı sahədən ümumilikdə 6 baş qoyun, həmçinin evlərin birindən su mühhəriki və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Qulamov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ