Tovuzda yaşlı qadın yıxılaraq xəsarət alıb.
Hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1935-ci il təvəllüdlü Hümbətova Telli Namaz qızı evlərinin pilləkənindən yıxılıb. Hadisə nəticəsində qadın baş nahiyəsindən ağır xəsarət alıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.(Trend)