SON DƏQİQƏ
» » Asfalt zavodundan 40 min manatlıq avadanlıq oğurlandı

Asfalt zavodundan 40 min manatlıq avadanlıq oğurlandı

Tarix:

14-09-2018, 13:41

/ 10 324 dəfə oxundu.
Asfalt zavodundan 40 min manatlıq avadanlıq oğurlandı

Avqustun 20-dən sentyabrın 13-dək olan müddətdə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.

DİN-dən GunAz.az-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ