SON DƏQİQƏ

DƏŞHƏT:Buğa matadoru parçaladı

Tarix:

10-07-2018, 15:22

/ 10 349 dəfə oxundu.
DƏŞHƏT:Buğa matadoru parçaladı

İspaniyada təşkil olunan buğa güləşi zamanı qorxunc hadisə baş verib.

GunAz.az  xəbər verir ki, 45 yaşlı matador Juan Jose Padilla qızğın buğanın ilk buynuz zərbəsindən qurtulduqdan sonra yerə yıxılıb.

Yerə yıxılan zaman buğanın buynuz zərbəsinə məruz qalan matador çırpınaraq yerdə qıvranmağa davam edib. Padillanın yanına gələn matador yoldaşları yaralı matadorun baş dərisinin açıldığını görüb.

Baş verən hadisədən sonra xəstəxanaya aparılan 45 yaşlı matadorun başında 20 santimetrlik yara olduğu görülüb. Xəstəxanada matadorun başına 40 tikiş atıldığı bildirilib.

Matador ölümcül yaralanmasına baxmayaraq xəstəxanaya gəldikdə yaddaşının yerində olduğu, tək düşüncəsinin isə həyat yoldaşına zəng etmək olduğu bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ