SON DƏQİQƏ

Bakıda 3 yaşayış evində yanğın olub

Tarix:

19-06-2018, 08:26

/ 10 270 dəfə oxundu.
Bakıda 3 yaşayış evində yanğın olub

Bakıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Həsən Əliyev küçəsi 44 ünvanında qeydə alınıb.

Yanğın digər iki mənzilin otaqlarına da keçib. Alov təxminən 30 kvadratmetrə yaxın sahəni əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə xidmətinin əməkdaşları və texnikası cəlb edilib.

Hazırda alovun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Dövlət Yanğına Nəzarət Xidməti tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ