SON DƏQİQƏ

Ələt-Astara yolunda qəza: 2 yaralı - FOTO

Tarix:

9-05-2018, 22:48

/ 10 329 dəfə oxundu.
Ələt-Astara yolunda qəza: 2 yaralı - FOTO

Ələt-Astara magistralının 200 km-də, yolun Lənkəran rayonundan keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"VAZ-2107" markalı "42-BL-759" dövlət qeydiyyat nişanlı avtomobil Digah kəndi ərazisində 1962-ci il təvəllüdlü Lənkəran şəhər sakini Abbasov Qurbanın idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü və Ürgə kəndindən olan 1981-ci il təvəllüdlü sərnişini Samir Şiriyev xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır qiymətləndirilən Q.Abbasova qapalı kəllə-beyin travması, alın-gicgah nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ