SON DƏQİQƏ

Ana ölümü ilə bağlı - Həkimdən açıqlama

Tarix:

5-05-2018, 22:44

/ 10 508 dəfə oxundu.
Ana ölümü ilə bağlı - Həkimdən açıqlama

"Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Əlisahab qızı Binyətova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Xəstədə ilkin olaraq yüksək qan təzyiqi və qanaxma müşahidə olunub. Xəstə əməliyyata götürülüb".

Bu sözləri "Report"un Şirvan bürosuna Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının həkimi, doğumda iştrak edən mama-ginekoloq Tünzalə Həmidova deyib.

O, qeyd edib ki, saat 18:00-da xəstənin halı pisləşdiyindən Bakıdan reanimatoloq və anestezioloq çağırılıb: "Həkimlərin birgə qərarı ilə o, reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti getdikcə ağırlaşıb. O, bu gün saat 17 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib".

T. Həmidova ölümün ilkin səbəbini preklamsiya ilə əlaqələndirib. Həkim ana ölümündə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. "Bizim heç bir təqsirimiz yoxdur. Amirə Binyətova xəstəxanaya ağır vəziyyətdə gətirilib və əməliyyat olunub. Ona əlimizdən gələn köməyi göstərmişik".

Qeyd edək ki, ailə ananın ölümündə həkim səhlənkarlığının olduğunu bildirib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ