SON DƏQİQƏ
» » Afrində 7 türk əsgəri şəhid olub, 9 hərbçi yaralanıb

Afrində 7 türk əsgəri şəhid olub, 9 hərbçi yaralanıb

Tarix:

10-02-2018, 22:39

/ 2 357 dəfə oxundu.
Afrində 7 türk əsgəri şəhid olub, 9 hərbçi yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında şəhid olan türk əsgərlərinin sayı 7 nəfərə çatıb.

Gunaz.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, əsgərlərdən 2-i helikopterin vurulması nəticəsində şəhid olub. Bundan əlavə, Silahlı Qüvvələrdən verilən digər məlumata görə, daha 5 əsgər şəhid olub.

Əməliyyat zamanı yaralanan hərbçilərin də sayı artıb. Belə ki, son məlumatlara görə, hərbi əməliyyatlarda daha 9 türk əsgəri yaralanıb.

Hərbi əməliyyatlar zamanı 26 terrorçu zərərsizləşdirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ