SON DƏQİQƏ
» » Qazaxda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Tarix:

10-02-2018, 18:43

/ 1 090 dəfə oxundu.
Qazaxda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.az Report-a istinadən xəbər verir ki, Hadisə Qazax rayonunun Birinci Şıxlı kənd ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik maşını ilə “VAZ” markalı avtomobilin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül, “Mercedes” markalı avtomobilin sərnişini, 35 yaşlı Sevil Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ