SON DƏQİQƏ

Qanunsuz ov edən 13 nəfər tutulub

Tarix:

17-01-2018, 18:42

/ 787 dəfə oxundu.
Qanunsuz ov edən 13 nəfər tutulub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Gunaz.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Xəzər, respublikanın Sumqayıt, Şəki, Cəlilabad, Biləsuvar, Ağcabədi, Qaradağ, Neftçala, Hacıqabul şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması), 590-cı (mülki silahın və döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) və 230-cu (heyvanlar aləmi obyektindən özbaşına istifadə edilməsi) maddələrinin tələblərini pozmuş 13 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 7 ədəd ov silahı götürülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ