SON DƏQİQƏ

Bakıda qadını avtomobil vurub

Tarix:

4-01-2018, 21:30

/ 708 dəfə oxundu.
Bakıda qadını avtomobil vurub

Bakının Xətai rayonunda piyadanı avtomobil vurub.

Gunaz.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında, Süleyman Vəzirov küçəsində baş verib.
Paytaxt sakini, 48 yaşlı Həsənova Nəsibə Hacı qızı həmin yol qəzası nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona bədəninin küt travması, çanağının əzilməsi diaqnozları təyin edilib.
 
Müəyyən edilib ki, N.Həsənovanı avtomobillə vuran sürücü ərazidən uzaqlaşıb. Hazırda polis həmin sürücünün müəyyən edilməsi istiqamətində işlər görür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ