SON DƏQİQƏ
» » Çoban ailəsinin 2 körpə övladı öldü- QOBUSTANDA PARTLAYIŞIN TƏFƏRRÜATI

Çoban ailəsinin 2 körpə övladı öldü- QOBUSTANDA PARTLAYIŞIN TƏFƏRRÜATI

Tarix:

4-01-2018, 15:55

/ 976 dəfə oxundu.
Çoban ailəsinin 2 körpə övladı öldü- QOBUSTANDA PARTLAYIŞIN TƏFƏRRÜATI

Bu gün Qobustan rayonu ərazisində baş vermiş dəhşətli yanğın hadisəsinin təfərrüatı üzə çıxıb. 
Gunaz.az lent.az-a istinadən xəbər verir ki, 2 azyaşlının yanaraq öldüyü hadisə Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki evdə baş verib.
Belə ki, bu gün səhər saatlarında həmin fermada çoban işləyən Zəkəriyyə Babaşov qoyun sürüsünü otlağa aparıb. Daha sonra onun həyat yoldaşı təsərrüfat işləri ilə əlaqədar çölə çıxıb. Beləliklə, 7, 5 və 2 yaşlı 3 azyaşlı evdə nəzarətsiz qalıb. Uşaqların tezalışan əşyanı ehtiyatsızlıqdan odun sobasının üstünə aşırması isə dəhşətli faciəyə səbəb olub.
Bildirilir ki, uşaqların anası yanğının başladığını görəndə otağı alov bürüyübmüş. Ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.
Ağır xəsarət alan uşaq Bakıya gətirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ