SON DƏQİQƏ
» » 24 saat meşədə tək qalan 4 yaşlı uşaq SAĞ TAPILDI - VİDEO

24 saat meşədə tək qalan 4 yaşlı uşaq SAĞ TAPILDI - VİDEO

Tarix:

16-10-2017, 21:15

/ 2 195 dəfə oxundu.
24 saat meşədə tək qalan 4 yaşlı uşaq SAĞ TAPILDI - VİDEO

Nijni Novqorod ətrafında meşədə itmiş 4 yaşlı Slava Baluyev sağ tapıldı.

Gunaz.az bildirir ki, uşaq itkin düşdüyü yerdən 3 kilometr meşənin dərinliyində tapılıb. Bu barədə Mash teleqram-kanalında məlumat yayılıb. Balaca oğlan meşədə cəmi 2 dərəcə temperaturda gecələməli olub, ancaq onu tapan könüllülər əmindirlər ki, uşaqda hər şey qaydasında olacaq. Uşağın şüuru yerindədir, suallara cavab verir.

Oğlan Nijeqorod ərazisinin qoruq zonasına itmişdi. Orada çox vəhşi heyvanlar yaşayır və meşə keçilməz yerlərlə məşhurdur. Yüzlərlə könüllü demək olar ki, 20 saat uşağı axtarırdı. Oğlan tapılarkən həddindən artıq üşümüş vəziyyətdə idi və dərhal xəstəxanaya aparılıb.

Onu da bildirək ki, uşağın axtarışlarında Rosqvardiyanın regional idarə bölmələrinin şəxsi heyəti, polis əməkdaşları, FHN, yerli sakinlər və axtarış-xilasetmə dəstələrinin əməkdaşları cəlb edilmişdilər. "Könüllü" dəstəsinin iştirakçılarının sözlərinə görə, oğlan ayılar yaşayan bataqlıq yerdə itmişdi.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ