SON DƏQİQƏ

Cəlilabadda ağır qəza - 2 ölü, 2 yaralı

Tarix:

22-03-2017, 21:02

/ 3 034 dəfə oxundu.
Cəlilabadda ağır qəza - 2 ölü, 2 yaralı

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. ”VAZ-2106” markalı maşınla "Chevrolet” markalı avtomobil toqquşub.
Yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır yaralanıb. Ölənlər Masallının Ərkivan qəsəbə sakinləri,  "VAZ 2106”-nın sürücüsü 1980-cı il təvəllüdlü Pərviz Abas oğlu Xəlilov və sərnişin, 1970-ci il təvəllüdlü Səbiyyə Ağalı qızı Xəlilovadır. Yaralılar 1962-ci il təvəllüdlü Famil Kamil oğlu Xəlilov və onun  oğlu,  2001-ci il təvəllüdlü  Əsəd Xəlilovdur.
Yaralıların vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə yola salınıb. Qeyd edək ki, "Chevrolet” markalı minik avtomaşınında olan iki nəfər yüngül xəsarət alıb.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ