SON DƏQİQƏ
» » Azərbaycanın 2 rayonunda yanğın hadisəsi baş verib

Azərbaycanın 2 rayonunda yanğın hadisəsi baş verib

Tarix:

4-02-2017, 19:26

/ 2 998 dəfə oxundu.
Azərbaycanın 2 rayonunda yanğın hadisəsi baş verib

Xaçmaz və Quba rayonlarında yanğın hadisəsi qeydə alınıb.
Gunaz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Bayoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın 5 m2 sahədə yanar konstruksiyaları və 6 ton ot bağlamasının 4,5 tonu yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Quba rayonu, İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları və içərisində olan ehtiyat hissələri yanıb.
Bitişik avtomobil təmiri sexləri yanğından mühafizə olunub. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ