SON DƏQİQƏ

UAZ-ın yeni modeli-MARAQLI EV-MAŞIN – FOTO

Tarix:

30-12-2019, 09:41

/ 4 337 dəfə oxundu.
UAZ-ın yeni modeli-MARAQLI EV-MAŞIN – FOTO

Rusiyanın UAZ avtomobil şirkətinin sosial şəbəkələrdəki səhifələrində maraqlı sorğuya rast gəlmək olar.

GunAz.az xəbər verir ki, istifadəçilərə məşhur UAZ-2206 modeli əsasında “təkər üzərində ev” layihəsini qiymətləndirmək və onun təxmini qiymətini müəyyənləşdirmək təklif olunub.

Layihə UAZ-ın Niderlanddakı bölümünün kreativ işidir və payızda Utrextdəki sərgidə nümayiş etdirilib.

“VKontakte” sosial şəbəkəsində ev-maşının müxtəlif kompüter renderləri göstərilib. UAZ həmçinin mikroavtobusda əlavə opsiyalar haqda düşünür: əlavə yataq yeri və miçətkən də təklif olunur.

Sorğu iştirakçıları yenilənməyə görə əlavə 100 min rubl (2,7 min manat) ödəməyə hazır olduqlarını bildiriblər.    

Qeyd edək ki, hazırda Rusiya avtomobil sənayesinin veteranı sərnişin modifikasiyasında 721 900 rubla (19,7 min manat) təklif olunur.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ