SON DƏQİQƏ

Ağaqardaşdan İlknura

Tarix:

1-03-2021, 18:42

/ 5 337 dəfə oxundu.
Ağaqardaşdan İlknura

Vətən müharibəsi Şəhidi, ADPU-nun Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının məzunu Ağaqardaş Abbasov və onun 5 il həsrətlə gözlədiyi, Şəhid olandan sonra bu yaxınlarda dünyaya göz açan övladı İlknura...

 

Ağaqardaş dedi adına atan,

Sanki böyük qardaş, sanki, dayaqdın!

Göstərib, doğmaya, yadına atan,

Fəxarət keçirdi, - qızılsayaqdın!

 

Böyüdün, elmlə qardaşlaşdın Sən,

Müəllim eşqinə yoldaşlaşdın Sən,

Dilin əsrarına sirdaşlaşdın Sən,

Ay elmin Şəhidi, elin Şəhidi!

Dünyada ən şirin dilin Şəhidi!

 

Olsa da hər şeyin fövqündə elm,

Bir vaxt ki Yurdunun qövründə elin..

Onda qalxar Vətən şövqündə əlin,

Qələmli, silahlı əlin Şəhidi!

Xarıbülbül - əsir gülün Şəhidi!

 

Vətən çağıranda ruh cana gəldi,

Öz doğum günündə rizvana gəldi!

Beş il gözlədiyi nişanə gəldi:

Haqq naümüd qoymaz, bilin, Şəhidi!

Yadigarı daşır sirrin Şəhidin!

 

Cənnətə ucalıb nurdan pay verdin,

İlknurum dediyin, parlaq Ay verdin,

İlahi, çox şükür, ona hay verdin,

İllahi vüsalı görən Şəhidim!

Canın İlknuruna verən Şəhidim!

 

Taleh HunObaNurlu - 25.02.2021

Ağaqardaşdan İlknura

 


скачать dle 12.1

Şərhlər