Ay vətən
Tarix:17-02-2021, 20:24
/ 3 024 dəfə oxundu.
Sərvər MƏSUM
Yenə də üstünü duman , çən alıb
Gəlmişəm dərdini bölüm , ay vətən.
Son ümid deyəsən savaşa qalıb
Vuruşum uğrunda ölüm , ay vətən .
Sənin keşiyində mərd dayanmışam,
Özümü həmişə qurban sanmışam,
Mən sənin sevgindən elə yanmışam,
Qalıbdı kösövüm , külüm , ay vətən.
Əbədi qürur var al bayrağında,
Qoy əksik olmasın nur torpağında,
Baharda əkdiyim könül bağımda,
Solmasın heç vədə gülün , ay vətən.
13.02. 2021
скачать dle 12.1