SON DƏQİQƏ

Ağdama

Tarix:16-12-2020, 13:22 Oxunub:6 352

Baxıram indiki Ağdama ,Vallah,

Ürəyim sızlayır yerindən qopur,
Viranə qoyublar düşmənlər, Allah!
Bu gün də dislərin qıcayır,  qapır.

Tamarzı qalmışam keçmiş Ağdama ,
Erməni bənzəmir normal adama .
Düşmən gözlərindən görüm ağ dama ,
Məni həsrət qoydu doğma odama .

Çay evi tanınmaz bir hala düşüb,
Necə abidələr məhf edilibdir,
O ruhlar şəhəri  qəlbimi deşib,
Ürəyim nestərlə hey didilibdir.

Qəbir daşlarını söküb aparan,
Sizdən çox yaxşıdır, yırtıcı quzğun!
O boyda şəhəri dibdən qoparan,
Zatıqırıq, bicdən törəyən pozğun!

Torpaq iddiası edən, erməni,
Niyə doymur sizin gözünuz , yenə.
Viranə qoydunuz yurdu, çəməni ,
Qanımı sorursuz , həyasız gənə !

Belə nankor düşmən nəyimə lazım?
Mənim məscidimdə donuz otarır.
Yırtıcı çaqqallar  sizdən yaxşıdır,
İnsan o dünyaya de ,  nə aparır?

Yazıq dedik, sizə bir vaxt yer verdik ,
Sonra sahibinə qənim kəsildin.
Yalvardın , biz sizi bir insan bildik,
Soyu bilinməyən saxta nəsildin.
Türkə qənim çıxdın, yenə əzildin.

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<