SON DƏQİQƏ

QARA KÖLGƏ

Tarix:

13-04-2019, 08:44

/ 10 561 dəfə oxundu.
QARA KÖLGƏ

Tanınmış şair Rüstəm Behrudi həbs olunmuş günahsız məhbuslara şeir həsr edib.

Həbsxanalarda yatan günahsız qəhrəmanlara…

Uzun zamandır fiziki ağrılara tablaşsam da, ruhumuzun üstünə çökən kölgənin qaranlığına dözə bilmədim.

 

Bir qara kölgə gəzir

– Ürəyimdə əks-səda verir addımlarının səsi.

Bir qara kölgə gəzir -barmaqlığın kölgəsi…

Bu qara kölgə hopur arzularımıza,

Çıxıb kameralardan düşür ümidlərimizin üstünə.

Bir zəhərli ilan kimi sürünə-sürünə Həbsxana divarlarını aşıb gəzir.

İçimizdə gömülmüş

Sözlərin üstündən keçib

Şəhər-şəhər, küçə-küçə, ev-ev dolaşıb gəzir…

Sevgilər, ümidlər-ayrılıq, həsrət,

Ağaclar, yarpaqlar, çiçəklər, otlar,

Köləlik qoxuyan sözlər, nəğmələr,

Uçulan ocaqlar, kül altda odlar,

İlahi, hər bir şey bu kölgə altda…

Şəhərlər, küçələr, evlər kölgədə,

Yüz ildir zülmətdə yeyib səbrini

Gözləyən əzabkeş devlər kölgədə.

Bu kölgə altında görünmür heç nə

Görünmür qurulan dar ağacları,

Görünmür bu millət, yaralı ölkə

Tilsimdə nə cürə can verir susuz.

Görünmür xəyanət, yalan görünmür,

Görünmür nə cürə ölür, ruhumuz.

Bir qara kölgə gəzir;

Bu qara kölgə – ölən ümid, doğmayacaq günəş, sökülməyəcək dan.

Bu qara kölgə düşür şəhidlərimizin üstünə,

Qara bayrağa çevrilib asılır qapıdan, divardan, asılır ruhumuzdan.

Bu qara kölgədən doğulan qara bayraqların altında qara günlər yaşayırıq, dostlar!

Günlər yaşayırıq- qapqara.

Bu qış nə uzun çəkdi,

Nə uzun çəkdi bu qış?

Bahara çoxmu qalır,çoxmu qalır bahara?!

Ruhum mənim,

Bu məktub sonuncudu, sonuncudu bəlkə…

Son məktub – son ümiddi, ruhum mənim!

Son ümid – sonra kölgə…

Son döyüşdən özgə Heç nəyə yoxdur andım.

Bu kölgədən əvvəl

Sabahların aydınlığına,

Gecələrin zülmətinə,

Dərdlərimizin böyüklüyünə

Ruhumuzun ölməzliyinə,

bir də sənə inandım.

İnanıb da çağırdım:

– Son döyüş, hardasan?! vaxtdı, vaxtdı, gəl… gəl… gə…

Bizi kor eylədi bu qara kölgə.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ