SON DƏQİQƏ

BAYATILAR

Tarix:

24-05-2018, 23:13

/ 11 169 dəfə oxundu.
BAYATILAR

Füzuli Yusifov

Ana-Vətən, Vətən-Ana

Qayğımızı çəkib Ana.

O müqəddəs, o varlığı

Borcudur ki, hamı ana.

 

Qayığa min üz Kürü

Balıqlar salıb kürü.

Dağların başı qardır

Hünərin var qar kürü.

 

Əzizim, telin dara

Düşməyəsən, sən dara

İranlı bir hökmdar

Ad qoyub, adı Dara.

 

Qonşunun qızı Telli,

Gör necə uzun telli.

Sinəsi üstündə saz

Bilmirəm, neçə telli.

 

Rəssam çəkdi: aşiqi Əsli,

Əslində yoxdur onun əsli.

Qara keşiş razı olsaydı,

Qovuşardı Kərəmlə Əsli.

 

O gedən kökə bax, kökə,

Görən yeyir neçə kökə?

Bağca-bağda boldur meyvə,

Amma meylin salıb kökə.

 

Bu qızın adıdır-Güllü,

Əynindəki donu güllü.

Qədəm qoyur bağça-bağa,

Bağça-bağın özü güllü.

 

Mən heyranam Salyana,

Kürdə sallar yan-yana.

Böhtana inanmaram,

Kür quruya, sal yana.

 

Bu oğlanın adı Qara,

Üstü-başı, özü qara.

Nənəm bizə plov çəkib,

Üstünə də düzüb qara.

 

Hara gedir Nazilə?

Cavab verir naz ilə.

Haqqı nahaq söyləmə

Həqiqət də nazilə.

 

Qızımın adıdır Nazlı,

Dili şirin, özü nazlı.

Baxışından naz tökülür

Gör necə nazlıdır, Nazlı.

 

Heyranınam, Ataçay,

Dəmlə içək Azərçay.

Yaz gələndə qeyzdən

Coşub, daşır Ətəhçay.

Mart, 2018-ci il

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ