SON DƏQİQƏ

TƏBRİZİM

Tarix:

3-10-2017, 20:46

/ 1 423 dəfə oxundu.
TƏBRİZİM

Yenə gəldim qarşına,

Vuruldum dönə -dönə.
Döndüm sənin başına,
Sarıldım dönə -dönə.
Ay istəklim , əzizim ,

Mənim gözəl Təbrizim.

 

Qulağımda çığnayır ,
Səttarxanın harayı.
Bizi-bizə bağlayır,
Şah İsmayıl sarayı .
Hər küçəndə var izim ,
Mənim gözəl Təbrizim.

 

Cənnətdən nişanədi ,
Meyvələri , bağların.
İgidi əfsanədi ,
Bir səngərdi dağların.
Düzənləri dənizim ,
Mənim gözəl Təbrizim.

 

Ürəyimdən yol salıb ,
Xiyabanlar , döngələr.
Gözlə bir az , az qalıb ,
Gözlədiyin gün gələr.
Biz səninik , sən bizim ,
Mənim gözəl Təbrizim.

Sərvər Məsum

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ