SON DƏQİQƏ

ABŞ-dan Ərdoğanın qərarına reaksiya

Tarix:

21-07-2021, 15:59

/ 4 242 dəfə oxundu.
ABŞ-dan Ərdoğanın qərarına reaksiya

ABŞ Dövlət Departamenti Prezident Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Prezidenti Ərsin Tatarla birlikdə Maraşla bağlı veridiyi açıqlamanı qınayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib.

Sözügedən açıqlamanın BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil etdiyini iddia edən şərhdə deyilir:

"ABŞ Maraşın bəzi hissələrinin kiprli türklərin nəzarətinə verilməsini qınayır. Bu, BMT Təhlükəsizlik Şurasının 550 və 789 saylı qətnamələri ilə açıq-aşkar ziddiyyət təşkil edir. ABŞ Türkiyənin dəstəyi ilə kiprli türklərin Maraşdakı cəhdlərini təxribat və qəbuledilməz sayır. ABŞ bu vəziyyəti BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün tərəfdaşları ilə işləyir və sərt bir cavab verilməsində israrlı olacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ