SON DƏQİQƏ

Putin Trampın bu addımını pislədi

Tarix:

9-04-2019, 18:02

/ 10 170 dəfə oxundu.
Putin Trampın bu addımını pislədi

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaqla bağlı qərarına reaksiya verib.

TASS-ın məlumatına görə, o, bu barədə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxışında söz açıb.

Putin bildirib ki, Moskvanın mövqeyi artıq Rusiya XİN-in bununla bağlı rəsmi bəyanatında göstərilib. Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələri ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 25-də Qolan təpələrinin İsrailin bir hissəsi kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.

скачать dle 12.1

Şərhlər