SON DƏQİQƏ

Votsap bu şəxslərin profilini siləcək

Tarix:

22-02-2021, 16:11

/ 6 847 dəfə oxundu.
Votsap bu şəxslərin profilini siləcək

Votsap istifadəçi və gizlilik şərtlərinə yenilənmə gətirir. Mayın 15-dək bu şərtləri qəbul etməsəniz, sizi bir sıra hallar gözləyir.

Bu barədə texnobloger Fərid Pərdəşünas qeyd edib.

O, şərtləri qəbul etməyən istifadəçilərin ancaq bildirişlər alacağını və zənglər edə biləcəyini bildirib:

"Profilinizə 120 günlük bir məhdudiyyət qoyulacaq. Bu müddət ərzində qərar verib, razılaşmanı qəbul etməlisiniz. Əks halda 120 gün sonra profiliniz deaktiv olunacaq və məlumatlar silinəcək. Əgər razılaşmanı qəbul etmək istəmirsinizsə, 120 gün ərzində fayllarınızı yedəyə almalısınız ki, silinməsin.

Qeyd edim ki, Votsap heç bir halda yazışmaları oxumayacaq və zəngləri dinləməyəcək”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ