SON DƏQİQƏ

“NASA”nın kosmik aparatı Mars planetinə eniş etdi - YENİLƏNİB + VİDEO

Tarix:19-02-2021, 08:00 Oxunub:5 340

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) "Perseverance” adlı kosmik aparatı Mars planetinin səthinə eniş edib.

Oxu.Az xəbər verir ki, cihazın enişi və planet səthindən əldə etdiyi ilk görüntülər qurumun rəsmi "Youtube” səhifəsindən canlı olaraq yayımlanıb.

Aparatın enişi qırmızı planetin atmosferinin üst qatlarına çatmasından sonra başlanıb. 7 dəqiqə ərzində davam edən eniş prosesində aparat sürətini 20 000 km/saatdan 3.2 km/saatadək azaldıb. Onun Marsın Ezero kraterinə eniş etdiyi bildirilib.

Qeyd edək ki, "Perseverance” qonşu kürəyə eniş edən sayca beşinci NASA aparatıdır.

Aparatın Marsdan çəkdiyi ilk fotonu təqdim edirik:

“NASA”nın kosmik aparatı Mars planetinə eniş etdi - YENİLƏNİB + VİDEO

 

"NASA”nın "Perseverance Rover” aparatı yeddi aylıq səfərdən sonra Mars planetinə eniş edir və bu tarixi anlar canlı yayımlanır.

Görüntüləri "NASA”nın "Youtube” kanalından izləyə bilərsiniz.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<