SON DƏQİQƏ

Zərif açıqladı: Sui-qəsd razılaşması...

Tarix:

1-12-2020, 08:38

/ 63 400 dəfə oxundu.
Zərif açıqladı: Sui-qəsd razılaşması...

İsrail, ABŞ və Səudiyyə Ərəbistanı arasında bir sui-qəsd razılaşması nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsi ilə sona çatdı.

GunAz.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Pompeonun bölgəyə təcili səfərləri, Səudiyyə Ərəbistanındakı üçtərəfli görüş və Netanyahunun açıqlamaları, təəssüf ki, tanınmış bir şəxsin ölümünə səbəb olan bir sui-qəsddən xəbər verir”, - Zərif bildirib.

Zərifin sözlərinə görə, İran xalqına qarşı uğursuz təzyiq siyasətinin tərəfdarları sanksiyaların ləğvi üçün əlverişli mühiti məhv etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın son günlərindən istifadə etməyə çalışırlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ