SON DƏQİQƏ
» » Ermənilərdən növbəti TƏXRİBAT: 2 ölkənin sərhədini BAĞLADILAR

Ermənilərdən növbəti TƏXRİBAT: 2 ölkənin sərhədini BAĞLADILAR

Tarix:

30-09-2020, 08:43

/ 210 dəfə oxundu.
Ermənilərdən növbəti TƏXRİBAT: 2 ölkənin sərhədini BAĞLADILAR

Axalkalaki bələdiyyəsinin Kartsax kəndində Cavaxetiya sakinləri Gürcüstan-Türkiyə beynəlxalq magistral yolunu bağlayıblar. Onlar yük maşınlarının hərəkətini məhdudlaşdırmağa çalışırlar.
ONN media xəbər verir ki, etirazçılar ağıla sığmaz iddia irəli sürür ki, Türkiyə bu magistral yolu boyunca Azərbaycana silah nəql edir.
Məlumata görə, Kartsaxdakı gərginlik hazırda azalıb, yol demək olar ki, açıqdır.
Gürcüstan parlamentinin hazırkı deputatı Samvel Manukyan, habelə keçmiş parlamentin deputatı Samvel Petrosyan da etirazçıların olduğu yerə gəlib, digər tərəfdən isə hadisə yerində hüquq mühafizə orqanları səfərbər olub.
"Ermənistan-Gürcüstan sərhədi açılmayana kimi, humanitar yardımlarımız Ermənistan Respublikasına çatmayana qədər, Türk yük maşınları Gürcüstan ərazisinə girməyəcək”, – onlar deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ