SON DƏQİQƏ
» » Rusiyada səsvermə yekunlaşdı: Nəticələr necə olacaq?

Rusiyada səsvermə yekunlaşdı: Nəticələr necə olacaq?

Tarix:

1-07-2020, 23:08

/ 1 225 dəfə oxundu.
Rusiyada səsvermə yekunlaşdı: Nəticələr necə olacaq?

Rusiyada səsvermədə iştirak edənlərin 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyir.

GunAz.az Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, iyulun 1-də günün birinci yarısınadək səs verən Rusiya vətəndaşlarının 74,18 faizi Konstitusiyaya düzəlişləri dəstəkləyib, 24,69 faizi isə düzəlişlərin əleyhinədir. Ölkə üzrə səsvermə hüququ olan vətəndaşların 60 faizdən çoxu artıq səs verib.

Xatırladaq ki, Rusiyada Konstitusiyaya düzəlişlərə dair səsvermə keçirilir. Əvvəlcə səsvermə aprelin 22-ə təyin edilmişdi. Sonradan koronovirus pandemiyası ilə əlaqədar səsvermənin tarixi dəyişdirilərək iyulun 1-nə keçirildi.

***

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə yekunlaşıb.

Kalininqraddakı sonuncu seçki məntəqələri da artıq bağlanıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ