SON DƏQİQƏ
» » BOK koronanın idmana təsirləri ilə bağlı müzakirə apardı

BOK koronanın idmana təsirləri ilə bağlı müzakirə apardı

Tarix:

1-07-2020, 21:55

/ 1 210 dəfə oxundu.
BOK koronanın idmana təsirləri ilə bağlı müzakirə apardı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Lozanna Olimpiya Muzeyində bir sıra görüşlər keçirib.

GunAz.az xəbər verir ki, T.Bax əvvəlcə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə fikir mübadiləsi aparıb. Müzakirələr zamanı COVİD-19 pandemiyasının idman yarışlarına, həmçinin futbol oyunlarına təsiri barədə danışılıb. Onlar, həmçinin koronovirusla mübarizədə idmanın rolunu xüsusi vurğulayıblar.

BOK prezidenti Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Mirinari Vatanabe ilə görüşündə də koronavirus pandemiyasının idmana təsirlərini müzakirə edib. Onlar gələn il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı müzakirələr aparıblar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ