SON DƏQİQƏ

Makron buna görə Türkiyəni ittiham edir

Tarix:

27-06-2020, 23:05

/ 1 256 dəfə oxundu.
Makron buna görə Türkiyəni ittiham edir

Emmanuel Makronun Türkiyəni ittiham etməsinin səbəbi Liviyada Fransanın qüsurlarını ört-basdır etməkdir.

GunAz.az xəbər verir ki, bu barədə "Blumberq” agentliyində yayımlanan "Türkiyə Makronun xəyallarını məhv etdi” adlı məqalədə yazılıb.

Yazıda bildirilib ki, Makron yaddaşını itirib:

"O, BMT tərəfindən tanınan Tripoli hökumətinə qarşı müharibə aparan Haftarı dəstəklədi. Halbuki Makron Haftardan səssiz-sədasız uzaqlaşa bilərdi. Bunun əvəzinə Fransa Liviyadakı vətəndaş müharibəsinə müdaxiləni artırdı.

Liviyada gedişatın dəyişməsi Makron və Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian üçün utancverici bəzi məqamların ortaya çıxması anlamına gəlir. Haftardan alınan ərazilərdə kütləvi məzarların çıxması Fransanın dəstəklədiyi şəxsin zülmlər törətdiyini sübut etdi”.

Məqalədə vurğulanır ki, Makronun Ankara ilə başqa hesabları da var:

"Qərbi Aralıq dənizindəki enerji mənbələri uğrundə rəqabət aparır”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ