SON DƏQİQƏ
» » Daha bir ölkə pandemiyanı nəzarətə götürdü

Daha bir ölkə pandemiyanı nəzarətə götürdü

Tarix:

5-06-2020, 17:40

/ 3 150 dəfə oxundu.
Daha bir ölkə pandemiyanı nəzarətə götürdü

Fransada koronavirus pandemiyası artıq nəzarət altındadır.

Bu barədə Hökumət yanında Koronavirusla Mübarizə Məsləhət Qurumunun sədri Yan-Frensis Delfraissi danışıb.

"İnter” radiosuna açıqlama verən sədr mart ayında on minlərlə insanın virusa yoluxduğunu, indi isə bu rəqəmin minə qədər endiyini deyib.

Delfraissi Fransanın səhiyyə sisteminin yeni yoluxmaları aşkar etməyə və pandemiyanın yayılmasının qarşısını almağa hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə ikinci dəfə karantin elan etməyə ehtiyac yoxdur.

Son rəqəmlərə görə, Fransada 185 min 986 nəfər virusa yoluxub, 29 min 10 nəfər ölüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ