SON DƏQİQƏ

Türkiyədə vəziyyət pisləşir

Tarix:

1-04-2020, 10:39

/ 1 840 dəfə oxundu.
Türkiyədə vəziyyət pisləşir

Türkiyədə koronavirus pandemiyasına yoluxma sayı artıb.
Son 24 saatda 2 min 704 nəfərdə infeksiya aşkarlanıb. Bununla da yoluxanların sayı 13 min 531-ə çatıb.
46 nəfər dünyasını dəyişib. Ümumilikdə, ölənlərin sayı 214-dür. 213 nəfər xəstəliyə qalib gəlib.
Səhiyyə naziri Fahrettin Koca test sayını ötən günə nisbətdə 25,2% artırdıqlarını açıqlayıb. Ölkə miqyasında 92 min 403 nəfər testdən keçirilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində bildirib ki, xarici ölkələrdə Türkiyənin 98 vətəndaşı koronavirusdan ölüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ