SON DƏQİQƏ

70 yaşında bir milyarder olsaydınız, hələ də kitab oxumağa davam edərdiniz?

Tarix:1-02-2020, 09:49 Oxunub:3 170

Fərdi inkişafın niyə var olduğu və nə üçün davam etdiyinə dair maraqlı bir baxış bucağı bu məqalədə!

65 yaşında olduğunuzu xəyal edin. Təxminən 110 milyard dollar sərvətiniz var. Sabahdan etibarən hər gün 3 milyon dollar xərcləsəniz, bundan sonra heç pul qazanmasanız belə, sahib olduğunuz sərvət sizə 100 il də kifayət edəcək. Amma 65 yaşındasınız və önünüzdə yaşaya biləcəyiniz o qədər il yoxdur. Necə bir həyat seçərdiniz? Kitab oxumaq belə bir həyatın məşğuliyyətlərindən biri olardımı?

Bill Gates-i hamımız tanıyırıq. Dünyanın ən varlı ikinci şəxsidir. Hər səhər saat 6-da oyanır. İçində 8-10 dənə kitab olan bir çanta ilə ofisə gedir. Səhər saat 8-dən axşam 6-a qədər işdə və toplantılarda keçirir vaxtını. Hər fasilədə isə çantasına yerləşdirdiyi kitabları oxuyur və hər həftə onları təzələyir.

Bill Gates-in kitab oxumasını Microsoft-dan sonra pensiyaner fəaliyyəti kimi təsəvvür etməyin. O, bu vərdişini uşaqlıqdan bəri qazandığını deyir. Gündəlik oxuduğu kitablarla yanaşı, hər il 1 həftəlik özünü hər şeydən izolyasiya edir. Sosial media, televizor və iş həyatından özünü tamamilə ayırır və bu vaxtını da kitab oxumağ sərf edir!

Bill Gates-in bir həftəsinin maliyyəsini təsəvvür etməyə çalışın. Bu yazını oxuyan bütün insanların həyatı boyu qazanacağı toplan puldan daha çoxdur.

Warren Buffet, Bill Gates-in ən yaxın dostudur, tez-tez görüşürlər. Warren Buffet dünyanın ən varlı üçüncü insanıdır. O da gündəlik vaxtının 80%-ini oxumağa sərf etdiyini deyir. Warren Buffet-ın bir gününün dəyəri nə qədərdir?

Dünyanın ən zənginləri arasındakı Mark ZuckerbergLarry Page və bənzər şəxslərin ortaq xüsusiyyəti – təxmin edə bilməyəcəyiniz sıxlıqda kitab oxumaqlarıdır. Kitablar bu inasnlara nə qazandırır axı? 20 dollarlıq bir kitab Bill Gates-in bir saatından daha dəyərli nəyə sahib ola bilər?

Bu insanlar olduqları nöqtəyə gəldikdən sonra belə kitab oxumağa başlamayıb. Kitab oxumaq həyatlarının bir parçası halına gəldiyi üçün bu nöqtəyə gəlib çıxıblar. Kitab oxumağın onlara qatdığı geniş xəyal gücü sayəsində, insanlığa və texnologiyaya fayda verə bilirlər.

Kitab oxumaq öyrənmə və özünü inkişafın bir işarəsidir. Hər kitab oxuyan insan, insanlığa fayda verəcək deyə bir şey yoxdur. Amma insanlığa fayda verən bütün yenilikçi fikirlərin hamısı kitab oxuyan insanların zehnindən çıxıb.

Bill Gates dünyanın sayıla biləcək varlıların biridir, amma əsas zənginliyinin səbəbi 20 dollarlıq bir kitabdan keçir.

Ona görə də varlı olmaq sadəcə bank hesabınızdakı pul ilə deyil, kitabxananızın ölçüsü ilə də müəyyən olunur. Kitabxananızda 100 ədəd kitab varsa, siz də Bill Gates qədər varlı sayılarsınız.

Mənbə: Bu yazıdakı məlumatlar Inside Bill’s Brain bioqrafiyasından götürülmüşdür. Bioqrafiyanı da izləməyi tövsiyə edirəm.

GunAz.az

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<