SON DƏQİQƏ
» » Bu məktəbli qızın zəkasına hər kəs heyran qaldı - VİDEO

Bu məktəbli qızın zəkasına hər kəs heyran qaldı - VİDEO

Tarix:

22-01-2020, 14:11

/ 1 832 dəfə oxundu.
Bu məktəbli qızın zəkasına hər kəs heyran qaldı - VİDEO

Rusiyada məktəbli qız dünya gündəminə düşüb.

Paytaxt Moskvanın Stubino qəsəbəsində yaşayan azyaşlı məktəbdən evə qayıdarkən arxasınca tanımadığı adamın gəldiyini görüb.

Yaşadığı binaya qədər naməlum şəxsin təqibinə məruz qalan azyaşlı onu aldadaraq xilas olmağı bacarıb. Belə ki, o, binaya daxil olaraq liftə doğru gedib. Daha sonra ani manevrlə əks tərəfdə yerləşən kiçik boşluqda gizlənib. Naməlum şəxsin liftə yaxınlaşdığını görən məktəbli dərhal binanı tərk edib və yaxınlıqdakı bir şəxsdən kömək istəyib. Naməlum adam qızı axtarsa da, tapa bilməyib. Onlar binanın girişində qarşılaşıblar. Məktəbli qızın yanında başqasının olduğunu görən adam oradan uzaqlaşıb.

Hadisə anbaan təhlükləsizlik kameralarının yaddaşına köçüb.

Hadisə ilə bağlı polisə müraciət olunub. Polis və prokurorluq kamera görüntülərindən şübhəli şəxsi tapıb və məsuliyyətə cəlb edib.

Məktəbli qızın ayıq-sayıqlığı və zəkası hər kəsi heyran edib.

https://youtu.be/AqOywPzoCnQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ