SON DƏQİQƏ
» » İsrail qüvvələri fələstinlilərin yürüşünü hədəfə alıb, 5 yaralı var VİDEO

İsrail qüvvələri fələstinlilərin yürüşünü hədəfə alıb, 5 yaralı var VİDEO

Tarix:

14-12-2019, 14:34

/ 931 dəfə oxundu.
İsrail qüvvələri fələstinlilərin yürüşünü hədəfə alıb, 5 yaralı var  VİDEO

İsrail qüvvələri ötən gün axşam saatlarına qədər davam edən fələstinlilərin "dönüş yürüşləri"nə odlu silahlar və gözyaşardıcı qazlarla qarşılıq verib. Yaralananlar var.

GunAz.az xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, Qəzzanın şərqində fələstinlilərin həyata keçirdiyi "dönüş yürüşü"ndə azı 5 nəfər yaralanıb.

Qeyd edək ki, bu yürüş 2018-ci ilin martından indiyədək hər cümə günü müntəzəm şəkildə keçirilən yürüşlərdən 84-cüdür. ABŞ prezidenti Donald Trampın Qüds qərarından və səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsindən sonra başlayan bu etiraz yürüşlərində indiyədək 300 fələstinli həyatını itirib və 10 mindən çoxu müxtəlif dərəcələrdə yaralanıblar.

https://youtu.be/FhBFrOrtwlI

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ