SON DƏQİQƏ
» » Bin-Salman Səudiyyə hərbçisinin hücumuna görə Trampa başsağlığı verib ÖZƏL

Bin-Salman Səudiyyə hərbçisinin hücumuna görə Trampa başsağlığı verib ÖZƏL

Tarix:

9-12-2019, 21:02

/ 1 064 dəfə oxundu.
Bin-Salman Səudiyyə hərbçisinin hücumuna görə Trampa başsağlığı verib ÖZƏL

Səudiyyə Ərəbistanın vəliəhdi iki gün öncə Florida ştatında baş verən hücumda ölüm hallarına görə ABŞ prezidenti Donald Trampa və hadisə qurbanlarının ailələrinə başsağlığı verib.

GunAz.az xəbər verir ki, Məhəmməd bin Salman Florida hücumunu cinayət hesab edib və bu hadisənin Səudiyyə Ərəbistanı xalqına heç bir aidiyyatı olmadığını bildirib.

ABŞ prezidentinə və hadisə qurbanlarının yaxınlarına başsağlığı verən Bin-Salman iki ölkə arasındakı hərbi və digər sahələrdəki əməkdaşlığın davam edəcəyini deyib.

Qeyd edək ki, iki gün öncə Florida ştatında hava qüvvələrinin qərargahında təhsil alan bir səudiyyəli hərbçi ABŞ hərbçilərinə atış açıb və 4 nəfəri qətlə yetirib. Pentaqon məsələ ilə bağlı araşdırmaya başlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ