SON DƏQİQƏ
» » Putin SSRİ-nin dağılması səbəbini açıqlayıb

Putin SSRİ-nin dağılması səbəbini açıqlayıb

Tarix:

20-11-2019, 22:21

/ 2 697 dəfə oxundu.
Putin SSRİ-nin dağılması səbəbini açıqlayıb

Putin qeyd edib ki, SSRİ-nin dağılması Baltikyanı ölkələrdə millətçiliyin artırılması ilə bağlı deyil.

 Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin dağılma səbəbini açıqlayıb.

GunAz.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya lideri "Rusiya çağırır" investisiya forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasının əsas səbəbi Sovet İttifaqının iqtisadi sahədə qeyri-effektiv siyasəti olub.

Rusiya prezidenti vurğulayıb ki, məhz buna görə həmin vaxt ölkədə sosial sahədə kollaps yaşandı və bu siyasi sahədə uzunmüddətli nəticələrə səbəb oldu.

Putin eyni zamanda qeyd edib ki, SSRİ-nin dağılması Baltikyanı ölkələrdə millətçiliyin artırılması ilə bağlı deyil.




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ