SON DƏQİQƏ
» » İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

Tarix:

13-11-2019, 18:50

/ 1 776 dəfə oxundu.
İranın Fordo nüvə reaktoru uranı 20 faizlik zənginləşdirməyə hazır olduğunu bildirib

İran, nüvə təsisatlarının birinin 20 faizlik zənginləşdirməyə hazır olduğunu bəyan edib.

GunAz.az Mehr Agentliyinə istinadla xəbər verir ki, bunu İranın "Şəhid Əli-Məhəmmədi Nüvə Kompleksi"nin (Fordo reaktoru) sədri Möhsün Əhədi deyib.

M. Əhədi kompleksdə keçirilən mətbuat konfransı zamanı İranın nüvə sazişilə bağlı dördüncü addımı çərçivəsində uranın zənginləşdirilməsinin 4.5 dərəcəyə çatdırıldığını bildirib.

O əlavə edib ki, qərar verilən an Fordo reaktoru uranın zənginləşdirmə işini 20 faiz dərəcəsində həyata keçirə bilər.

Qeyd edək ki, İranın Qum əyalətində yerləşən Fordo reaktoru nüvə sazişindən (2015) öncə də uranın zənginləşdirmə işini 20 faiz dərəcəsində aparırdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ