SON DƏQİQƏ

Tiflisdə gərginlik: 11 etirazçı saxlanıldı

Tarix:8-11-2019, 22:45 Oxunub:500

Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən “Amirani” kinoteatrı yaxınlığında polis əməkdaşları və radikal millətçi qruplaşmalar arasında qarşıdurma baş verib.

Report xəbər verir ki, qarşıdurmaya səbəb kinoteatrda LGBT mövzusunda çəkilən “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filminin bir neçə saatdan sonra keçiriləcək premyerasıdır.

Ultramillətçilər kinoteatra daxil olmağa cəhd ediblər. Polis onların qarşısını alıb. Etirazçılar filmin ilk nümayişinə imkan verməyəcəklərini bildiriblər.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Kinoteatrıın qarşısında 11 etirazçı saxlanılıb. Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

Millətçilərin təmsil olunduğu “Gürcü marşı” təşkilatı və onun tərəfdarları “Amirani” kinoteatrı yaxınlığında LGBT bayrağını yandırıblar.

Gürcü rejissor Levan Akinin eynicinsli iki gəncin sevgisindən bəhs edən ekran əsəri Gürcüstan cəmiyyətində böyük narazılıq doğurub. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.

Səs-küylü filmin noyabrın 10-dək Tiflis ilə yanaşı, Batumi kinoteatrlarında da nümayiş etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, “Və sonra biz rəqs etdik” filmi Gürcüstanın “Takes Film” və İsveçin “French Quarter Film” şirkətlərinin birgə istehsalıdır. Qalmaqallı və ziddiyyətli ekran əsəri son illərin ən uğurlu gürcü filmlərindən biri hesab olunur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<