SON DƏQİQƏ
» » Bəsrədə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında atışma baş verib - Ölənlər var

Bəsrədə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında atışma baş verib - Ölənlər var

Tarix:

8-11-2019, 18:30

/ 388 dəfə oxundu.
Bəsrədə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında atışma baş verib - Ölənlər var

 Ötən axşam və gecə saatlarında Bəsrədə yolları bağlamağa cəhd edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma və atışma baş verib. Ölənlər var.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, ölkənin Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb ki, ötən gecə Bəsrədə yolları bağlamağa cəhd edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma və atışma baş verib.

Bildirilib ki, etirazçılar arasında olan iğtişaşçıların bəziləri odlu silahdan istifadə ediblər.

Burada 3 etirazçının öldüyü və bir neçə təhlükəsizlik qüvvəsi üzvlərinin yaralandığı deyilib.

Qeyd edək ki, ölkənin nazirlər kabineti İraq baş nazirinin iştirakı ilə ötən gün 2020-in büdcəsini müzakirə edib. İraq baş naziri bildirib ki, bu büdcədə etirazçıların tələb etdiyi iqtisadi layihələr yer alıb.

İraq rəsmi mənbələri bildirir ki, ötən ayın əvvəlindən baş qaldıran etirazlarlar ölkə iqtisadiyyatına 6 milyarddan çox ziyan vurub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər