SON DƏQİQƏ
» » Qalmaqallı “Artsax” kafesi nəhayət sökülür - FOTO

Qalmaqallı “Artsax” kafesi nəhayət sökülür - FOTO

Tarix:

2-11-2019, 18:32

/ 3 229 dəfə oxundu.
Qalmaqallı “Artsax” kafesi nəhayət sökülür - FOTO

Rusiyanın Omsk vilayətində avtovağzalda yerləşən “Artsax” (Dağlıq Qarabağ) kafesinin sökülməsi işi başlayıb.

Publika.az xəbər verir ki, ermənilərə məxsus kafe Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin erməni dilində adlandırılan “Artsax” adını daşıyır.


2011-ci ildə Omsk vilayətinin arbitraj məhkəməsi kafenin sahibi olan erməni sahibkar Saiyan Minasyanın ərazini qanunsuz zəbt etdiyi haqda qərar çıxarıb. Lakin həmin vaxt qərar icra olunmayıb.

2018-ci ildə kafenin yeni sahibi olan Araik Qriqoryan haqqında analoji qərar çıxarılıb.

Kafe qanunsuz olmaqla yanaşı, səs-küylü fəaliyyəti yerli sakinlərin də narazılığına səbəb olur.

Rusiya mediasının məlumatına görə, dünən müvafiq orqanların əməkdaşları kafenin sökülməsi üçün əraziyə gəliblər. Hazırda kafenin pəncərəsi və qapıları sökülüb. Söküntü işi tezliklə başa çatacaq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ