SON DƏQİQƏ

Sumqayıtda ofis və kafe yanıb

Tarix:

6-01-2019, 11:23

/ 10 283 dəfə oxundu.
Sumqayıtda ofis və kafe yanıb

Sumqayıtda ofis kimi fəaliyyət göstərən tikilidə və ona bitişik kafedə yanğın olub.

FHN-dən GunAz.az-ə verilən məlumata əsasən, şəhərdə ümumi sahəsi 54 m² olan tikilinin (ofis kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində 1 ədəd məişət avadanlığı, ona bitişik ümumi sahəsi 70 m² olan kafenin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ