SON DƏQİQƏ
» » Afrikada ilk dəfə smartfon istehsalına başlanıldı

Afrikada ilk dəfə smartfon istehsalına başlanıldı

Tarix:

9-10-2019, 12:09

/ 1 284 dəfə oxundu.
Afrikada ilk dəfə smartfon istehsalına başlanıldı

Ruandanın "Mara Phones" şirkəti Afrikada ilk smartfon istehsalına başlayıb. Bu haqda "The New Times" qəzeti məlumat verib.

Şirkət iki modelin ("Mara X" və "Mara Z") kütləvi istehsalına başlayıb. "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən həmin modellərin pərakəndə satış qiyməti müvafiq olaraq 190 və 130 dollar olacaq.

Ruandalı istehsalçılar hesab edirlər ki, onların cihazı "Samsung"un məhsulu ilə rəqabət apara biləcək. "Mara Group"un baş direktoru Aşış Takkarın fikrincə, zəngin ruandalılar sözügedən smartfonları yüksək keyfiyyətli olduğuna görə satın alacaqlar.

"Biz Afrikada ilk smartfon istehsalçısı olduq" - Takkar deyib. Gələcəkdə Ruanda regional texnologiya mərkəzinə çevrilmək niyyətindədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ