SON DƏQİQƏ
» » Putin Kadırovu Avropada ən böyük məscidin açılması münasibətilə təbrik edib

Putin Kadırovu Avropada ən böyük məscidin açılması münasibətilə təbrik edib

Tarix:

23-08-2019, 20:45

/ 1 292 dəfə oxundu.
Putin Kadırovu Avropada ən böyük məscidin açılması münasibətilə təbrik edib

 Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadırova zəng vuraraq  atası Axmat Hacı Kadırovun anadan olmasının ildönümü və  Şalidə "Müsəlmanların qüruru" məscidinin açılışı münasibətilə təbrik edib.

GunAz.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Avropanın ən böyük məscidi, Məhəmməd Peyğəmbərin (s) adını daşıyan məscid, cümə günü Şalidə rəsmi olaraq açılıb. Açılış mərasimində müsəlman ölkələrindən gələn qonaqlar, Prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Aleksander Matovnikov, Şimali Qafqaz üzrə nazir Sergey Çebotaryev iştirak ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ