SON DƏQİQƏ
» » İran parlamenti ölkənin milli pulunun denominasiyası və sıfırların götürülməsini müzakirəyə çıxarır

İran parlamenti ölkənin milli pulunun denominasiyası və sıfırların götürülməsini müzakirəyə çıxarır

Tarix:

21-08-2019, 19:30

/ 1 778 dəfə oxundu.
İran parlamenti ölkənin milli pulunun denominasiyası və sıfırların götürülməsini müzakirəyə çıxarır

İran prezidenti Həsən Ruhani ölkənin milli pulunun denominasiyasını ehtiva edən qərar layihəsini parlamentə göndərib.

GunAz.az Mehr Agentliyinə istinadla xəbər verir ki, Həsən Ruhaninin "Ölkənin bank və valyuta qanununun islahı" lahiyəsini parlamentə göndərdikdən sonra, ikinci, milli pulun denominasiyası məsələsini müzakirəyə çıxaracaq.

Bundan öncə İran Nazirlər Kabineti ölkənin milli valyutasında sıfırlardan 4-ün götürülməsi qərarını vermişdi.

Qərara əsasən milli pulun 4 sıfırı ləğv ediləcək. Bu isə o deməkdir ki, İranın 10 min riyalı 1 tümənə bərabər olacaq.

Qeyd edək ki, İranda milli pul vahidinin denominasiyası bundan öncə bir neçə dəfə müzakirəyə çıxarılıb, lakin infilyasiyanın artması təhlükəsinə görə bu addım hər dəfə təxirə salınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ