SON DƏQİQƏ
» » Gələn 39 ay ərzində Sudanı idarə etmək məqsədilə hakimiyyət şurası yaradılıb

Gələn 39 ay ərzində Sudanı idarə etmək məqsədilə hakimiyyət şurası yaradılıb

Tarix:

21-08-2019, 16:30

/ 1 760 dəfə oxundu.
Gələn 39 ay ərzində Sudanı idarə etmək məqsədilə hakimiyyət şurası yaradılıb

Sudanda gələn 39 ay keçid dövrü ərzində ölkəni idarə etmək üçün 11 hərbçi və siyasətçidən ibarət hakimiyyət şurası yaradılıb.

GunAz.az BBC. Arabic-ə istinadla xəbər verir ki, hərbçilərlə müxalifətin anlaşmasından sonra keçid dövründə ölkəni idarə etmək üçün hakimiyyət şurası təşkil edilib.

Şura üzvlərinin 5-i hərbçilər, qalanı isə siyasətçilərdir.

Məlumata görə hakimiyyət şurasına general Əbdül-Fəttah əl-Burhan rəhbərlik edəcək.

Bu gün hakimiyyət şurasına üzv olan 11 hərbçi və siyasətçinin, o cümlədən keçid dövründə baş nazir olacaq siyasətçi Abdullah Hamdukun and içmə mərasiminin olacağı gözlənilir.

Xatırladaq ki, 30 illik hakimiyyətdən sonra cari ilin aprelində devrilən sabiq prezident Ömər əl-Bəşir ilk dəfə olaraq ötən gün məhkəmə qarşısına çıxarılıb və korrupsiya ilə bağlı ittihamlara açıqlama verib.

скачать dle 12.1

Şərhlər