SON DƏQİQƏ
» » Vəhşi təbiət üçün təhlükə - Alimlərdən SOS

Vəhşi təbiət üçün təhlükə - Alimlərdən SOS

Tarix:

19-08-2019, 08:09

/ 1 367 dəfə oxundu.
Vəhşi təbiət üçün təhlükə - Alimlərdən SOS

Afrikada vəhşi təbiətdə yaşayan şirlərin sayı 22 509-a qədər azalıb.

Axar.az xəbər verir ki, bunu Oksford universitetinin vəhşi təbiət tədqiqatları şöbəsinin alimləri açıqlayıb.

Alimlərin bildirdiyinə görə, Malavidə vəhşi təbiət şəraitində yaşayan cəmi 5, Anqolada 25, Ruandada 22, Nigeriyada 30 şir qalıb.

Hazırda ən çox şir Tanzaniyada (8176), CAR-da (2070), Keniyada (1825), Mozambikdə (1295) və Zimbabvedə (1709) yaşayır.

Alimlər Afrikadakı şirlərin yalnız yaxşı qorunan ərazilərə sahib olduqları təqdirdə çoxala biləcəklərini qeyd edib. Amma bunun üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ