SON DƏQİQƏ

Küveytə yeni aviareys açılır

Tarix:

12-07-2019, 19:09

/ 1 870 dəfə oxundu.
Küveytə yeni aviareys açılır

“Kuwait Airways” şirkəti avqustun 1-dən Əl-Küveyt – Bakı – Əl-Küveyt marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

GunAz.az “İnterfaks”a istinadən xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri, “Airbus A320-100/200” markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək.

Əl-Küveytdən təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Geriyə uçuş isə Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Əl-Küveyt vaxtı ilə saat 16:20-də yekunlaşacaq.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ